8,0
İstifadə Qaydaları I. İsti Yeməklər: Səhər sıyıqlarına (yulaf, qarabaşaq), tərəvəz raqusuna və ya şorbalara hazır olduqdan sonra (oddan götürdükdə) 1 çay qaşığı əlavə edin. Qaynatmaq məsləhət deyil, çünki aktiv maddələr istilikdən parçalana bilər. II. Soyuq Qəlyanaltılar və Salatlar: Tərəvəz salatlarının üzərinə səpərək istifadə edə bilərsiniz. Diyetik qəlyanaltı kimi qatıq, kefir və ya kəsmiklə (tvaroq) qarışdırıldıqda həm doyurucu olur, həm də həzmi çox rahatlaşdırır. III. Smuzi, Şirələr və Saf İstifadə: Ən effektiv detoks təsiri üçün gündə 1-2 dəfə, yeməkdən 30 dəqiqə əvvəl 1 çay qaşığı ovuntunu birbaşa ağzınıza qoyub 1 stəkan ilıq su ilə udun. Həmçinin, yaşıl smuzilərə və təzə sıxılmış şirələrə (soklara) qataraq içmək olar. Faydaları Qaraciyərin Bərpası: Silimarin kompleksi qaraciyər hüceyrələrini toksinlərdən təmizləyir və yenilənməsini sürətləndirir. Bağırsaq Təmizliyi: Yüksək miqdarda kletçatka bağırsaq divarlarını təbii şəkildə "süpürür", qəbizliyi aradan qaldırır və mikrofloranı yaxşılaşdırır. Qan Şəkəri və Xolesterin: Şəkərin və pis xolesterinin qana sovrulmasını ləngidərək balansı qoruyur. Saxlama Şəraiti Quru, sərin və birbaşa günəş şüalarından qorunan yerdə saxlayın (+25°C-dən yüksək olmamalıdır). Məhsul nəm çəkə bildiyi üçün qablaşdırma açıldıqdan sonra ağzı kip bağlı halda saxlanılmalıdır. Şüşə qaba boşaltmaq tövsiyə olunur. Xəbərdarlıqlar DƏRMAN VASİTƏSİ DEYİLDİR. Kəskin xolesistit (öd kisəsi iltihabı) və öd daşı xəstəliyi olan şəxslər istifadədən əvvəl mütləq həkimlə məsləhətləşməlidir (məhsul öd qovucu xüsusiyyətə malikdir). Hamiləlik və laktasiya dövründə həkim nəzarəti altında qəbulu tövsiyə edilir. İstehsalçı Məlumatları Brend: BHC Market Mənşə ölkəsi: Azərbaycan Xalis çəki: 1000 q Yararlılıq müddəti: 12 ay.
Kateqoriyaları: Bitki mənşəli unlar,Alaqanqal toxumu unu,
Copyrights © 2024 - BHC, All Rights Reserved.
Powered By - Ungravity©, Designed by Imran Hossain